Xəbər lenti
ABŞ-ın vitse-prezidenti aparatının əməkdaşı koronavirusa yoluxdu

ABŞ-ın vitse-prezidenti Maykl Pensin aparatının əməkdaşında koronavirus aşkarlanıb.
Manevr.az TASS-a istinadən xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Keti Millerin bəyanatında deyilir.
Qeyd edilir ki, nə Pens özü, nə də prezident Donald Tramp bu insanla yaxın əlaqələrə malikdir.
"Bu axşam bizə xəbərdarlıq etdilər ki, vitse-prezident aparatı əməkdaşının koronavirusa yoluxması təsdiqlənib. Nə prezident Tramp, nə vitse-prezident Pens bu insanla sıx əlaqələrə malikdir", - sənəddə qeyd edilir.
Birləşmiş Ştatlarda federal hakimiyyətin və ştatlar hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin informasiyasına əsasən, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 18 563-ə qədər artıb. Birləşmiş Ştatlarda COVİD-19-dan azı 227 nəfər ölüb, 121 nəfər sağalıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































