Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dörd İşçi Qrup yaradılır - Koronavirusla bağlı

Tarix: 19-03-2020 22:06     Baxış: 2234 A- / A+
Azərbaycanda dörd İşçi Qrup yaradılır - Koronavirusla bağlı


Prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən dörd İşçi Qrup yaradılır.

Manevr.az xəbər verir ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etməli, pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb, eləcə də mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Nazirlər Kabinetinə təqdim etməlidir.

Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa tapşırılır ki, pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlasın və Nazirlər Kabinetinə təqdim etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrup pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi, bu Sərəncamda qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq İşçi Qrupa isə pandemiyanın Azərbaycanın bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsinin həyata keçirilməsi, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlərə dair təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar