Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu sosial şəbəkə istifadəçiləri barədə ciddi tədbirlər görüləcək -BİRGƏ MƏLUMAT

Tarix: 19-03-2020 19:38     Baxış: 4195 A- / A+
Bu sosial şəbəkə istifadəçiləri barədə ciddi tədbirlər görüləcək

Nazirlər Kabineti yanında Operativ Qərargah və Baş Prokurorluq birgə məlumat yayıb.

Manevr.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, cəmiyyətdə təşvişə səbəb olan koronavirus infeksiyası ilə (COVİD-19) ölkəmizdə qabaqlayıcı mübarizə tədbirlərinin gedişatı, habelə xəstəliyə yoluxma ehtimalı olan şəxslərin tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə səlahiyyətli qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən məlumatların yayılması hallarına rast gəlinməkdədir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Muradova Ülviyyə Niyaz qızının (Ülviyyə Alovlu) “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə koronavirus infeksiyasının (COVİD-19) guya respublika ərazisində geniş miqyasda yayılacağı barədə həqiqətə uyğun olmayan, provokasiya xarakterli paylaşımlar etməsi, bundan başqa statuslarında pandemiyaya qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən ifadələrə yol verməsi müəyyən edilib.

“Qeyd edilənlərlə əlaqədar Ülviyyə Muradova Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək”, - deyə məlumatda bildirilir.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar