Xəbər lenti
Alimlərin son araşdırması: virus günlərlə sağ qala bilir...
Koronavirus havada saatlarla və bəzi əşyalarda isə günlərlə yaşaya bilir.
Manevr.az xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimləri virusa yoluxmuş bir insandan götürülən virusun bir nümunəsini ev və xəstəxana şəraitində test etməyə cəhd ediblər. Test zamanı öskürək və ya asqıraqla meydana gələn mikroskopik damlaların eynisi olan bir aerozoldan istifadə edilib. Testlər göstərib ki, virus kiminsə öskürəyi və ya asqırağı zamanı buraxılan damlalar vasitəsilə yayıldıqda ən azı üç saat canlı qalır, aerozollarla insanlara yoluxa bilir.
Plastik və paslanmayan polad səthlər üzərində virus üç gündən sonra belə müşahidə edilə bilər. Karton səthlərdə virusun ömrü 24 saata yaxın olur. Mis üzərində virusun təsirsiz hala gəlməsi 4 saat çəkir.
Paslanmayan poladda virus hissəciklərinin yarısının məhv olması üçün 5 saat 38 dəqiqə lazımdır.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar