Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

DYP Bakı, Sumqayit və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı məlumat yaydı

Tarix: 17-03-2020 16:48     Baxış: 6302 A- / A+
DYP Bakı, Sumqayit və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı məlumat yaydı


Bakı, Sumqayit və Abşeron rayonuna nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması ilə əlaqədar DİN Baş DYP İdarəsinin məlumatı

Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək. Təhlükəsizlik tədbirləri ilə əlaqədar DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrindən paytaxt və Sumqayıt şəhəri istiqamətinə bütün növ nəqliyyat vasitələrinin girişi, habelə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunacaq.

Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranamaması üçün xüsusi rejimə riayət edilməsi məqsədilə 18 mart tarixində günorta saatlarından sonra paytaxt istiqamətinə hərəkət etməsinlər.

Həmçinin sürücülərin diqqətinə çatdırılır ki, xüsusi buraxılış rejimi qaydalarını pozan, eləcə də polisin qanuni tələblərinə tabe olmayan şəxslər haqqında ciddi məsuliyyət tədbirləri tətbiq olunacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar