Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

İstanbulda terror aktında həlak olmuş qızın meyiti Azərbaycana gətiriləcək

Tarix: 02-01-2017 15:53     Baxış: 3300 A- / A+
 İstanbulda terror aktında həlak olmuş qızın meyiti Azərbaycana gətiriləcək


İstanbulun “Reina” gecə klubunda terror aktında öldürülmüş azərbaycanlı qızın qohumları Türkiyədəki Rusiya səfirliyinə müraciət ediblər. Yaxınlarının arzusuna müvafiq olaraq, qızın meyiti Azərbaycana gətiriləcək.

Daha əvvəl bildirildiyi kimi, yerli hüquq-mühafizə orqanları həlak olmuş Nurina H.-nin anadan olduğu yerə görə Azərbaycan vətəndaşı olduğunu güman ediblər. Sonradan məlum olub ki, qızın Rusiya pasportu da varmış.

Qeyd edək ki, Türkiyədəki Rusiya Baş konsulluğunun verdiyi məlumata əsasən, İstanbuldakı “Reyna” gecə klubunda baş vermiş terror aktında həlak olmuş, Azərbaycan vətəndaşı olduğu düşünülən qız əslində Rusiya vətəndaşı imiş.

“Onun şəxsiyyəti müəyyən edilib, sənədlər Rusiya vətəndaşı olduğöunu sübut edir”, - konsulluqdan məlumat verilib.

Xatırladaq ki, Türkiyə tərəfi hadisə vaxtı həlak olanların və yaralananların hamısının şəxsiyyətini müəyyən edib. Ölənlər arasında daha bir azərbaycanlı kişinin olduğu bildirilirdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar