Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Qaçqınkom"dan koronavirusla bağlı vacib MƏLUMAT

Tarix: 16-03-2020 21:15     Baxış: 4306 A- / A+
"Qaçqınkom"dan koronavirusla bağlı vacib MƏLUMAT

Manevr.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qəbulu martın 17-dən, müvəqqəti olaraq, onlayn qəbul ilə davam etdiriləcək.

Vətəndaşlar 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə Komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər. Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.

Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən video zəng edilməklə aparılacaqdır."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar