Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Mübariz Mənsimov biznesdən kənar işlərə baş qoşurdu" — "Onu qəhrəman etməyin heç bir mənası yoxdur" — Araz Əlizadə

Tarix: 16-03-2020 16:24     Baxış: 4208 A- / A+
"Mübariz Mənsimov biznesdən kənar işlərə baş qoşurdu" — "Onu qəhrəman etməyin heç bir mənası yoxdur" — Araz Əlizadə

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə ötən gün Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun FETÖ/PDY istintaqı çərçivəsində saxlanılmasına münasibət bildirib.

Manevr.az xəbər verir ki, Araz Əlizadə demokrat.az-a açıqlamasında deyib ki, əgər kimsə xarici ölkədə cinayət törədirsə, burada Azərbaycan dövlətinin adının hallandırılması yolverilməzdir:

"Mən o adamlara demək istəyirəm ki, kimsə gedib haradasa nə isə edirsə, bunu Azərbaycan dövlətinin üzərinə yıxmaq gülüncdür. Əvvəla, Mübariz Mənsimov Azərbaycan vətəndaşı deyil. Digər tərəfdən isə Azərbaycan dövləti onun hərəkətlərinə cavabdeh deyil. Mübariz Mənsimov xarici ölkə vətəndaşıdır və Türkiyədə bizneslə məşğul olur. Eşitdiyimə görə, Mübariz Mənsimov son vaxtlar xaricdə biznesdən kənar işlərə baş qoşurdu. Yəqin ki, bu səbəbdən də ona cinayət işi açılıb. Ancaq mənim cinayət işinin detallarından xəbərim yoxdur".
Araz Əlizadə Mübariz Mənsimovun həbsinin siyasiləşdirilməsini düzgün hesab etmədiyini söyləyib:

"Onun həbsini siyasiləşdirmək doğru deyil. Mübariz Mənsimov neçə illərdir ki, xaricdə biznes fəaliyyəti ilə məşğul olur. Əgər onu siyasi fəaliyyətinə görə həbs etmək istəsəydilər, indiyədək edərdilər. Onun insanlara yardım göstərməsini də siyasiləşdirmək lazım deyil. Əvvəla, o hamıya kömək etməyə borclu deyil. Digər tərəfdən isə əgər onun yaxşı imkanı varsa, o zaman bir azərbaycanlı digər azərbaycanlıya kömək etməlidir. Bir daha deyirəm ki, buna görə onu qəhrəman etməyin heç bir mənası yoxdur. Mübariz Mənsimov Türkiyə vətəndaşıdır və bütün məsuliyyəti həmin dövlət daşıyır"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar