Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan-Azərbaycan sərhədi 10 günlük bağlandı - Xüsusi dəhliz fəaliyyət göstərəcək

Tarix: 14-03-2020 13:25     Baxış: 4192 A- / A+
Gürcüstan-Azərbaycan sərhədi 10 günlük bağlandı - Xüsusi dəhliz fəaliyyət göstərəcək

"Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan-Gürcüstan istiqamətində nəqliyyat vasitələrinin məhdudlaşdırılması 10 gün ərzində həyata keçiriləcək. Gürcüstan və Azərbaycan sərhədində yaradılmış xüsusi dəhliz də bu müddətdə fəaliyyət göstərəcək".

"Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan-Gürcüstan istiqamətində nəqliyyat vasitələrinin məhdudlaşdırılması 10 gün ərzində həyata keçiriləcək. Gürcüstan və Azərbaycan sərhədində yaradılmış xüsusi dəhliz də bu müddətdə fəaliyyət göstərəcək".

Manevr.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar.

N.Allahyarova deyib ki, ötən gecədən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb: “Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar