Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirus atəşkəsi poza bilərmi? - ŞƏRH

Tarix: 13-03-2020 20:16     Baxış: 2205 A- / A+
Koronavirus atəşkəsi poza bilərmi? - ŞƏRH


"Ermənistanın müdafiə naziri David Toroyan martın 12-də İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Andjey Kasprşiklə görüşüb. Həmin görüşdə erməni nazir az qala Kasprşikə yalvarıb ki, ATƏT nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddi boyunca atəşkəsin riayət olunmasına nəzarət etsin. Toroyan deyib ki, İrəvan sərhəddə atəşkəsin intensiv şəkildə pozulmasından narahatdır".


Manevr.az bakupost-a istinadən xəbər verir ki, məlumat “Atlas” Araşdırmalar Mərkəzinin şərhində yer alıb. Məlumatda bildirilir ki, Ermənistanın müdafiə naziri gələcək aylarla bağlı Kaspşikə başqa narahatlığını da çatdırıb.

Erməni nazirin sözlərinə görə, bölgədəki gərginliyə dünyada ağırlaşan iqtisadi və epidomoloji (koronovirusu nəzərdə tutur) vəziyyəti əlavə etsək, təmas xəttində durumun gərginləşəcəyini gözləmək olar. Toroyan demək istəyir ki, guya Azərbaycan ordusu dünyada və bölgədə koronavirusla bağlı yaranan durumdan fürsət kimi istifadə edərək hücum əməliyyatı həyata keçirə bilər. Buna cavab olaraq Kasprşik təmas xəttində gərginliyin azalması üçün səylərini maksimim artıracağını bildirib.

Koronavirus atəşkəsi poza bilərmi? - ŞƏRH


Ermənistan ordusu atəşkəsi pozur və hərbçilərimizi şəhid edir. Buna cavab olaraq Azərbaycan ordusu cavab verir və işğalçı da itki verir. Bundan sonra İrəvan əl-ayağa düşür və beynəlxalq vasitəçiləri köməyə çağırır. Azərbaycan ordusu əməliyyat keçirmək istəsə, Andjey Kasprşik bunun qarşısını ala bilməyəcək. Ona görə də İrəvanda gərək Kasprşikin “təmas xəttində gərginliyin azalmasına çalışacam” kimi boş vədinə inanmasınlar. Əgər Kasprşikin bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı “mərhələli həll” planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq".

Mərkəzin şərhində atəşkəsin pozulmasıyla bağlı rusiyalı diplomatlardan gələn iki ziddiyətli xəbərə də toxunulub:

"Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç dedi ki, bölgədə böyük insidentlər yoxdur və silahlı fəaliyyət geridə qalıb. Eyni günlərdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə dedi ki, Moskva Ermənistanla Azərbaycan sərhddindəki vəziyyətin gərginləşməsindən və atəşkəsin intensiv pozulmasından narahatdır.

Koronavirus atəşkəsi poza bilərmi? - ŞƏRH


Aleksandr Lukaçevişin açıqlaması həqiqəti əks etdirmir. Onun təbirincə, “silahlı fəaliyyət” geridə qalsaydı, nə Ermənistan təcili olaraq Kasprşiki İrəvana çağırardı, nə də rusiyalı diplomatın həmkarı Mariya Zaxarova həyəcan təbili çalardı.

Koronavirus atəşkəsi poza bilərmi? - ŞƏRH


İrəvanın qorxusu bəllidir. Ermənistan üçün kislorod rolunu oynayan İranla sərhəddi bağlıdır və vurisa görə nə zaman açıqlacağı hələ bəlli deyil. Dünyada və bölgədə iqtisadi vəziyyət ağırlaşır, başqa sərhədlər də qapanır. Bunun fonunda Ermənistanda düşünürlər ki, dünyanın başının qarışdığı məqamda Azərbaycan fürsətdən istifadə edə bilər. Ancaq Azərbaycanın da İranla sərhəddi qapalıdır və dünya iqtisadiyyatında problemlərin artması istər-istəməz Azərbaycana da təsir edir. Ona görə də rəsmi Bakının dünyada və bölgədə koronavirusun yayılmasından istifadə edərək orduya hücum əmri verəcəyini söyləmək çətindir. Ancaq bu heç də o demək deyil ki, düşmənin təxribatlarına əks-hücumla cavab verilə bilməz. 2016-ci ilin aprelində də təxribata əks-hücumla cavab verilmişdi. Belə olan halda koronavirus maneə sayılmayacaq..."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar