Xəbər lenti
Milli Məclisin yeni tərkibdə ilk iclasının tarixi AÇIQLANDI

Milli Məclisin yeni tərkibdə ilk iclası martın 10-da keçiriləcək.
Manevr.az-ın məlumatına görə, iclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edəcək. Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı - Fəttah Heydərov açacaq, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparacaq.
Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası bitəcək.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































