Xəbər lenti
General vəfat etdi

General-mayor Bahadur Hüseynov dünən vəfat edib.
Manevr.az xəbər verir ki, bu haqda məlumatı interpress.az saytı yayıb. Əfsanəvi azərbaycanlı general, İkinci Dünya müharibəsinin iştirakçısı Bahadur Hüseynovun dekabrın 15-də 95 yaşı tamam olmuşdu.
B. Hüseynov ilk hərbi əməliyyatına 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində kiçik leytenant rütbəsində başlayıb. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edib. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edib.
1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 1963-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) keçib.
Bahadur Hüseynov bir müddət Azərbaycan DTK-sının sədr müavini işləyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































