Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusun simptomları dəyişir

Tarix: 07-03-2020 10:16     Baxış: 4375 A- / A+
Koronavirusun simptomları dəyişir


Çin alimləri yeni koronavirusun klinik simptomlarında dəyişikliklər aşkar ediblər.


Bu barədə “Social Science Research Network” (SSRN) portalı yazır.

Alimlər Hubeydə 89 xəstəni müşahidə ediblər və məlum olub ki, daha sonra yoluxanlarda xəstəlik özünü çox da aşkar biruzə vermir.

Xəstələr iki qrupa bölünüblər. Birinciyə yanvarın 16-dan 22-ə qədər olan dövrdə koronavirusa yoluxanlar, ikinciyə isə yanvarın 23-dən 29-a qədər xəstələnənlər daxil edilib. Daha əvvəl yoluxmuş xəstələrin əksəriyyətində yüksək temperatur, əzələ ağrısı, zəiflik, bəlğəm ifrazı və limfositlərin aşağı səviyyəsi kimi simptomlar müəyyən edilib. İkinci qrupa daxil olan xəstələrdə bütün bu simptomlar zəif olub və ya ümumiyyətlə müşahidə olunmayıb.

“Yeni koronavirus tədricən dəyişərək qrip virusuna bənzəyə bilər”, - deyə alimlər bildiriblər.

Onlar qənaətə gəliblər ki, virus bədəndə çox uzun müddət özünü göstərməyə bilər. Alimlər, həmçinin virusun mutasiya etdiyini və hər bir formasının fərqli şəkildə ortaya çıxa biləcəyini bildiriblər./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar