Xəbər lenti
“Ölkədə koronavirusa qarşı doğru addımlar atılıb” – Ekspert şərhi
“Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Ölkədə xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da məsələ ilə bağlı görülən profilaktik tədbirlər göz önündədir”.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında iqtisadçı Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, koronavirus Çindən başqa, 70-dən artıq ölkədə yayılıb: “Nəticələr də artır. Epidemiya təkcə insanların səhhətinə deyil, ölkə iqtisadiyyatına da bütövlükdə təhdiddir”.
Ekspert bildirib ki, qonşu ölkələrə yayılması əhalidə qorxuya səbəb olsa da təşvişə düşməyə ehtiyac yoxdur: “Virusun ölkədə yayılmaması üçün bu tədbirlər mütləq görülməli idi. Bəzi iddialara görə, koronavirusun peyvəndi yeni tapılıb və proses getdikcə dərinləşib.
Hesab edirəm ki, bu istiqamətdə ölkəmizdə doğru addımlar atılıb. İnanıram ki, bunun nəticəsində biz ölkədə virusun yayılmasının qaşısını ala biləcəyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar