Xəbər lenti
"Özümü "Qarabağ" komandası kimi hiss edirəm" - İqbal Ağazadə
Manevr.az Ümid Partiyasının sədri İqbal Ağazadənin fanat.az-a verdiyi müsahibəsini təqdim edir:
- Bir az ritorik də olsa, belə bir sual ünvanlamaq istəyirəm: son günlərdə "Sabah" futbol komandası ilə "Qarabağ" futbol komandasının oyunu keçirildi və hesab 0-0, yəni heç-heçə oldu. Hakimin ədalətsiz qərarları Ağdam təmsilçisinin qələbə qazanmasına imkan vermədi. Özünüzü "Sabah" kimi hiss edirsiz yoxsa, "Qarabağ"?
- Mənim hər zaman qorxduğum iki şey olub, haqdan və haqsızlıqdan. Mən hakim ədalətsizliyini çox görmüşəm, istər oyunlarda, istər gündəlik həyatda. Özümü daha çox "Qarabağ" futbol komandası kimi görürəm.
- Siyasətdə qılınc oynatmağa necə baxırsız?
- Mən siyasətdə qılınc oynatmağın tərəfdarı deyiləm. Siyasətdə nərd oynamağın tərəfdarıyam. Nərd belədir ki, həm zərin köməkliyi olur, həm də komanda şəklində 15 nəfərlə, yəni 15 daşla başlayır, elə 15 daşla da bitir. Heç kimi güdaza vermədən...
- Deyirlər ki, futbol siyasətdi. Razısız?
- Futbol kommersiyadı.
- Rəqiblərinizi şahmat oyununda hansı fiqurla müqayisə edərdiz?
- Mən şahmatı sevmirəm.
- AFFA-nın icraçı vitse - prezidenti Elxan Məmmədov əvvəllər futbol sahəsində işləməyib. 1996-1997-ci illərdə Baku Investment Ltd-də maddi-texniki əməliyyatlar üzrə nəzarətçi köməkçisi, 2000-2008-ci illərdə Natavan Biznes Mərkəzində direktor müavini, Natavan şirkətinin və Baku Investment Ltd-nin icraçı direktoru vəzifələrində çalışıb. Siyasətdə də adamların yeri səhv düşəndə görülən işlər Azərbaycan futbolunun gününə qalır?
- Mən hesab etmirəm, Elxan Məmmədovun yeri düzdür ya səhvdir. Lakin verdiyiniz təhlil əsasında deyə bilərəm ki, Elxan Məmmədov futbol oynamayıb ki, Elxan Məmmədov menecerlik edib. Menecerlik etməyin özünün institutu var və insanlar menecerliyi çox yaxşı bacara da bilərlər. Dünyada futbol menecerlərinin böyük əksəriyyəti heç vaxt futbolla məşğul olmayan və yaxud da, futbol oynamayan menecerlərdi. Siyasətdə adamların yerinin səhv düşməsinə gəldikdə, hansı sahədə olur olsun, adamların yeri səhv düşəndə problem olur. Bir həkim qorxuludur yeri səhv düşəndə, bir də siyasətçi. Həkim insanların sağlamlığının keşiyindədi, siyasətçi cəmiyyətin. Hər iksinin yeri səhv düşəndə, biri insan həyatına son qoyur, biri cəmiyyətin inkişafına.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar