Xəbər lenti
Fransada koronavirusa yoluxanların sayı artıb

Fransada koronavirusa yoluxanların sayı 204 nəfərə çatıb. Yeni yoluxanlardan 92 yaşlı bir nəfərin ölümü ilə ölkədə bu virusdan dünyasını dəyişənlərin sayı 4-ə çatıb.
Ölkənin 13 regionunun 12-də ən azında bir yoluxma halı aşkarlanıb. Son yoluxma halı Marseldə qeydə alınıb.
Ölkədə əllərin dezinfeksiyası üçün xüsusi gelin və qoruyucu maskaların qiyməti 3-4 dəfə bahalaşıb. Hökumət epidemiyadan qazanc kimi istifadənin qarşısını almaq üçün tədbirlər görür. Apteklərə yenidən 15-20 milyon qoruyucu maska göndəriləcəyi bildirilib. Epidemiya ilə bağlı xəstəxanalarda tibbi ehtiyatın təmin olunması məqsədilə 260 milyon avro ayrılıb.
Ölkədə kütləvi tədbirlər - idman yarışları, beynəlxalq sərgilər, festivallar təxirə salınıb. azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































