Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisin şöbə müdiri vəzifəsindən azad olundu

Tarix: 30-12-2016 21:17     Baxış: 2312 A- / A+
 Milli Məclisin şöbə müdiri vəzifəsindən azad olundu

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov vəzifəsindən azad olunub.

"Report" xəbər verir ki, L.Hüseynov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxarılıb.

Həmin şöbəyə Mirhəşim Seyid müdir təyin olunub. O, əvvəllər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini işləyib.

İndiyə qədər parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri olan Fuad Məmmədov isə şöbə müdirinin müavini təyin edilib.

Yeni şöbə müdirini və müavinini kollektivə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev təqdim edib.

Xatırladaq ki, oktyabrın 11-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub. Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov Azərbaycanın Avropa Məhkəməsindəki hakimi seçilib. O, vəzifəsinin icrasına 2017-ci ilin yanvarında başlayacaq.

Onu da xatırladaq ki, Azərbaycanı 2003-ci ildən Avropa Məhkəməsində Xanlar Hacıyev təmsil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar