Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni seçilən Milli Məclisin ilk iclasının vaxtı AÇIQLANDI

Tarix: 02-03-2020 20:07     Baxış: 4391 A- / A+
Yeni seçilən Milli Məclisin ilk iclasının vaxtı AÇIQLANDI

Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə martın 5-də baxaraq qərar verəcək.

Manevr.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcəyi təqdirdə, Milli Məclisin ilk iclas bir həftə ərzində keçirilməlidir.

Seçki Məcəlləsinin 1-1.-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Seçki Məcəlləsinin 2-ci maddəsinə əsasən, Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası işini bitirir. Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar