Xəbər lenti
İcra Hakimiyyətindən Xətainin heykəlinin köçürülməsinə REAKSİYA
Bakı Şəhər İcra Hakimiyyəti Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı açıqlama verib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşdiyindən, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olub. Bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb.
Məlumatda bildirilib ki, heykəlin qarşısında il boyu qulluq olunacaq çiçəkliklər salınıb. Bütün bunlar görkəmli, tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcəkdir.
Həmçinin, Xətai heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da bu ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar