Sizin Reklam Burada
Xəbər lenti
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

Onlar yenidən seçkiyə qatılacaq?

Tarix: 01-03-2020 13:05     Baxış: 4260 A- / A+
Onlar yenidən seçkiyə qatılacaq?


Fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

MSK-nın ilkin açıqladığı nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq, Hüseynbala Mirələmov, Rauf Abbasov (Arifoğlu), Hadi Rəcəbli və Çingiz Qənizadənin qalibiyyəti elan edilmişdi.

Dairələrin nəticələrinin etibarsız sayılması ilə artıq təkrar seçkinin keçirilməsinə zərurət yaranıb

Bəs maraqlıdır, nəticələri ləğv edilən dairələrin “qalibləri” təkrar seçkilərdə iştirak edəcəklərmi?

Manevr.az bildirir ki, bu barədə modern.az-a danışan Çingiz Qənizadə təkrar seçkilərə qatılacağını diqqətə çatdırıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən bitərəf namizəd olan Ç.Qənizadənin dairəsini dəyişmək fikri də yoxdur.

35 saylı Xətai üçüncü seçki dairəsindən qalibiyyəti elan edilən Rauf Arifoğlu da seçkilərdə iştirak etməkdə qərarlıdır. O da parlament seçkilərində bitərəf namizəd kimi çıxış edirdi.

Yeni Azərbaycan Partiyasının namizədi olan Hadi Rəcəbli və Hüseynbala Mirələmovun isə yenidən seçkilərə qatılıb-qatılmayacağı mübahisəlidir. Belə ki, partiya təkrar seçkilərə qatılacaq namizədlərini hələlik müəyyən etməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar