Xəbər lenti
İcra Hakimiyyəti təkzib yaydı
Gəncə Şəhər İcra Hakimiyyəti “Xural” qəzetində “Gəncə sakini prezidentə müraciət etdi” adlı məqaləylə bağlı təkzib yayıb.
İcra Hakimiyyətindən verilən xəbərdə deyilir ki, həmin ailəyə hansı köməkliklərin olunması barədə dəfələrlə KİV-lərə açıqlamalar verilib:
“Bir daha bildiririk ki, Əhmədov Qalib Hamlet oğlu 1967-ci ildə anadan olmuş, ali təhsillidir, ixtisasca tarix müəllimidir, ailəlidir, dörd övladı var. O, öz ixtisası üzrə işləməyib,1983-cü ildən 2003-cü ilədək keçmiş Yağ-Piy kombinatında tornaçı işləyib. Gəncə Şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 14 avqust 2015-ci il tarixdən Gəncə şəhər “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsində təsərrüfat müdiri vəzifəsində işlə təmin edilib”.
İcra Hakimiyyəti iddia edir ki, Q.Əhmədov qardaşına məxsus Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, bina 32, mənzil 12-də qeydiyyatda olmaqla, Əhməd Cəmil küçəsi, 87 nömrəli ünvandakı torpaq sahəsində 62 kv.m ümumi sahəsi olan qeyri-qanuni fərdi yaşayış evi inşa etdirməklə yaşayıb:
“Şəhərdə həmin ərazidə aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar tikinti norma və qaydalarına cavab verməyən tikililər, o cümlədən Q.Əhmədova məxsus yaşayış evi də onun öz razılığı əsasında sökülüb. Aparılan danışıqların nəticəsinə görə o, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2015-ci il tarixli 763 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti, 239 nömrəli ünvanda yerləşən 4-cü girişin 3-cü mərtəbəsində yaşayış sahəsi 74,75 kv.m, ümumi sahəsi 100,0 kv.m, olan 4 otaqlı, təmirli, mənzillə təmin olunub.
Eyni zamanda Q.Əhəmədova Gəncə şəhəri, Kəpəz rayonu Fikrət Əmirov küçəsi 16 və 18 nömrəli yaşayış binalarının yaxınlığında fərdi yaşayış evinin tikintisi üçün 400,0 kv.m torpaq sahəsi ayrılıb və 10,0 min manat məbləğində vəsaitlə köməklik göstərilib. Hal-hazırda Q.Əhmədovun yaşadığı mənzil işıq, qaz və su ilə təmin edilir”.
Qurumun təkzibində bildirilib ki, Q.Əhmədov dəfələrlə qızı Qalıbə Əhmədovanın dövlət qulluğunda hər hansı bir işlə təmin edilməsini xahiş edib:
“Lakin, onun qızına və eləcə də atasına dövlət qulluğuna qəbul qaydaları izah edilib. Qızı ilə heç bir əmək müqaviləsi bağlanmayıb və o, şəhər icra hakimiyyətində işləməyib. Bununla yanaşı, Q.Əhmədovun Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan Qalibə və Nərmin Qalib qızlarının illik təhsil haqqları (3000 azn) ödənilib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar