Xəbər lenti
Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu -ŞƏKİLLƏR
Ağstafada Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin və Regional İdarənin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ qaziləri, idarə və müəssiə rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti, o cümlədən KİV nümayəndələri iştirak etdi.
Manevr.az xəbər verir ki, Ağstafa rayon Musiqi Məktəbinin foyesində Xocalı soyqırımına həsr olunmuş kitab sərgisinə baxışla başlayan tədbir böyük zalda davam etdirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş soydaşlarımızın və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Ağstafa rayon İHB-nın birinci müavini Lalə Eyyubova Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı soyqırımından bəhs etdi. Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan ediblər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verdi.
Çıxışında dünya ölkələrinin bu soyqırıma biganə qalmasından, BMT-nin qəbul etdiyi 4 qətnaməni hələ də icra etməməsindən, Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun Prezidenti kimi gördüyü işlərdən, Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kompaniyasından, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanı susdurmasından, həmçinin dövlət başçımızın “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı Ermənistan Baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməsindən geniş bəhs edən natiq bildirdi ki, bu soyqırımın geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, soyqırımın dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb.
Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir.
Sonra tədbir iştirakçıları Xocalı Soyqırımından bəhs edən sənədli filmə tamaşa ediblər.
Tədbir Ağstafa rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Xəyal Nağıyev,
Ağstafa Regional Mədəniyyət
İdarəsinin mətbuat katibi
[/center]
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar