Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıya korona hücumu: Maskalar yırtıldı…

Tarix: 25-02-2020 10:52     Baxış: 3226 A- / A+
Bakıya korona hücumu: Maskalar yırtıldı…


Aprel döyüşlərini xatırlayıram. Bütün cəmiyyət səfərbər olmuşdu. Hərə əlinə bir bağlama götürüb küçələrə çıxmışdı, əsgərlərimizə yemək, su göndərməyə çalışırdı. Həmin vaxt düşünmüşdüm ki, Azərbaycan insanının milli şüuru bütövdür və möhkəm dayaqlar üzərində qurulub.

Əslində isə gəlin baxıb görək necədir…

Koronavirusla bağlı Azərbaycanda həyəcan zəngi çalınır… amma kimlərsə bu zəngi eşitmir.

Əvvəlcə apteklərdə 10 qəpiklik maskanı 70-80 qəpiyə satmağa başladılar. İndi isə satmırlar, yığıb saxlayıblar ki, qiyməti qalxsın. Bunu eləyən yad ölkənin nümayəndəsi deyil, azərbaycanlılardır.

Onları uşaqların, qadınların kütləvi şəkildə bu virusa yoluxub öləcəyi narahat etmir. Yalnız öz ciblərini düşünürlər. Millətin balalarını 5-10 qəpiyə satırlar.

Özü də belələri bir deyil, iki deyil, yüzlərlədir.

Bu onu göstərir ki, Azərbaycan insanın milli şüuru, millətçilik təfəkkürü yalnız Qarabağ münaqişəsində üzə çıxır, təkcə ermənilərə qarşı məsələlərdə işləyir. Qalan bütün hallarda insanlar ən adi çətinlikdə belə bir-birinə düşmən olmağa hazırdırlar.

Elə koronavirus təhülkəsində olduğu kimi…

Koronavirusun bakteroloji silah olması haqda əsaslı iddialar var. Belə çıxır ki, kimsə bu “silah”la Azərbaycana hücum etsə, elə özümüz özümüzü qırıb öldürəcəyik? Birləşmək üçün mütləq top-tüfəng hücumuna məruz qalmalıyıq?

Deyilənə görə, bəzi sahibkarlar, işbazlar maskaları baha qiymətə hətta Çinə satırlar. Təsəvvür edin, camaat burda ölüm təhlükəsi ilə üz-üzədir, amma hansısa azərbaycanlı sahibkar öz sərvətini bir az da artırmağı düşünür.

İnsanlarımız xalqın çətin durumundan istifadə etməyə başlayıblar. Məsələ düşündüyümüzdən də ciddidir.

Təkcə “böyük xalqıq” deyib keçmişlə öyünməklə kifayət etmir. Bir millətin sağlam gələcəyi üçün onun təkcə zəngin keçmişə yox, həm də parlaq bugünə sahib olması gərəkdir.

Bizim cəmiyyətin bugünü isə parlaq deyil, cüzi işartı var, o da sönmək üzrədir. Özümüzü aldatmayaq. Nə qədər ki gec deyil, xülyadan ayılıb bütün bu eybəcərlikləri təmizləmək, yeni model, təfəkkür formalaşdırmaq lazımdır.

Maskaya tələbatın daha da artmasını gözləyib onu satmayan və insanları ölümlə üz-üzə qoyan məxluqların olduğu cəmiyyət çürükdür. Buna etiraz etməyib, sadə bir əczaçıdan belə haqqını tələb etməyən cəmiyyət isə ikiqat çürükdür.

Təbii, aydın məsələdir ki, bu sözlərimi hər kəsə aid etmirəm. Ölkədə o maskaları alıb camaata pulsuz paylamağa hazır olan yüzlərlə insan var. Amma bir həqiqət də var: almanın bir yeri çürük olanda demirlər ki, almanın filan hissəsi çürükdür. Deyirlər, alma çürükdür.

Məsələ də budur.

Sonda onu demək istəyirəm ki, bu maska söhbəti bir çoxlarının maskasını çıxardı və biz o maskanın altında eqoist bir div gördük.

Tezliklə o divi öldürməliyik, yoxsa övladlarımızı yeyəcək. /axar.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar