Xəbər lenti
Daha bir gənc aparıcı AzTV sədrinin müavini oldu - YENİ TƏYİNAT

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.
Manevr.az -ın report-a istinadən məlumatına görə, Elsevər Dünyamalıyev AzTV sədrinin müavini vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı təsdiqləyib.
Qeyd edək ki, R.Həmzəyev AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısıdır.
Xatırladaq ki, 2019-cu il yanvarın 15-dən tanınmış jurnalist Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin olunub. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiyalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































