Sizin Reklam Burada
Xəbər lenti
29-01-2025
28-01-2025
BÜTÜN XƏBƏRLƏR

Dünya Səhiyyə Təşkilatından Azərbaycanla bağlı açıqlama

Tarix: 24-02-2020 15:36     Baxış: 4179 A- / A+
Dünya Səhiyyə Təşkilatından Azərbaycanla bağlı açıqlama

Dünya Səhiyyə Təşkilatı (DST) sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirib.

DST saxta xəbərlərə etibar etməməyi, xəbərləri yalnız Azərbaycandakı rəsmi qurumlardan və qurumun sosial şəbəkələrdəki səhifələrindən əldə etməyi tövsiyə edib.

Qeyd olunub ki, yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir: "Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Dünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".

Hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görmək vacibdir:

- Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;

- Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;

Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:

- Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu təkistifadəlik dəsmal və ya dirsək bükümü ilə bağlamaq;

ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar