Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Xaçmaz məktəblilərinə multikultural dəyərlərdən danışılıb - FOTOLAR

Tarix: 29-12-2016 17:24     Baxış: 1358 A- / A+
Xaçmaz məktəblilərinə multikultural dəyərlərdən danışılıb


Jurnalist təşkilatı Xaçmazda məktəblilər arasında multikultural dəyərləri təbliğ edib

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Xaşmaz rayon İcra hakimiyyətinin dəstəyilə “Azərbaycan multikulturalizminin mediada təbliği” adlı tədbir keçirib. Xaçmaz rayonunun Nərəcan kəndində baş tutan tədbirdə yerli icra hakimiyyətinin əməkdaşları, QHT rəhbərləri, jurnalistlər və orta məktəb şagirdləri iştirak ediblər.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycan xalqına xas olan multikultural dəyərlərin mətbuatda təbliği istiqamətində görülən işlərdən danışıb. Jurnalist qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən KİV-lər heç vaxt dini və etnik ayrıseçkiliyi təbliğ etməyiblər. Natiq bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına təhfə verməkdir.

JAM sədri deyib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb: “Bu isə bir daha sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhuna hopub”.

Xaçmaz rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev əvvəlcə rayonun etnik mənzərəsi barədə məlumat verib. İcra Hakimiyyətinin əməkdaşı deyib ki, müxtəlif xalqların nümayəndələri Xaçmazda yüz illərdi bir yerdə yaşayır, ölkənin ictimai-siyasi, sosila-iqtisadi, mədəni həyatında yaxından iştirak edir, Azərbaycan dövlətinin tərəqqisinə öz töhfələrini verirlər. C.Musayev vətəndaş cəmiyyəti institutlarının bu prosesdə iştirakını müsbət qiymətləndirərək, QHT-lərlə əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduqlarını bildirib.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov multikultural dəyərlərə sadiq olan cəmiyyətlətin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb: “Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya üçün yaxşı nümunədir”, - deyə Ç.Bayramov bildirib.

TUMİB başqanı Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. İctimai Birlik sədri əmin olduğunu bildirib ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları bu istiqamətdə apardıqları maarifləndirmə işini 2017-ci ildə də davam etdirəcəklər.

Xaçmaz məktəblilərinə multikultural dəyərlərdən danışılıb

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar