Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

92 nəfərin öldüyü təyyarə qəzasında müəmma

Tarix: 29-12-2016 16:43     Baxış: 3323 A- / A+
92 nəfərin öldüyü təyyarə qəzasında


Rusiya Müdafiə Nazirliyindən “Tu-154” təyyarəsinin qəzası ilə bağlı təhqiqatın gedişi barədə məlumat verilib. Məlumatda bildirilir ki, hava gəmisi kapitanının işlətdiyi bir ifadə göyərtədə “xüsusi vəziyyət” yaranmasından xəbər verir.

Bu barədə AzVision.az Rusiyanın NTV telekanalına istinadən xəbər verir.

“Hər şey qaydasında olub, amma komandirin səsləndirdiyi bir ifadənin təhlilindən belə görünür ki, təyyarədə “xüsusi vəziyyət” yaranıb və inkişaf edib. Cəmi 10 saniyə sürən radio danışığı hələlik bundan başqa heç nə demir” – deyə Rusiya Silahlı Qüvvələrində aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi Sergey Baynetov bildirib.

Baynetov, həmçinin qeyd edib ki, yığılan məlumatlar öyrənildikdən sonra qəza versiyalarının sayı 15-dən 7-dək azalıb. Komissiya bu nəticəyə gəlib ki, təyyarənin göyərtəsində partlayış baş verməyib. Amma terror aktı hələlik versiyalar siyahısından silinməyib.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, o cümlədən hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları da olub.

Hazırda axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar