Xəbər lenti
Moskvada 45 soydaşımızın öldüyü, Azərbaycanı yasa boğmuş faciə
Bu gün Moskvada 45 Azərbaycan vətəndaşının faciəli şəkildə həlak olduğu faciədən 14 il ötür.
Manevr.az xəbər verir ki, 2006-cı il fevralın 23-ü yerli vaxtla səhər 5:45-də Moskvanın Basman bazarının damının uçması nəticəsində ticarətlə məşğul olan 66 nəfər, o cümlədən 45 Azərbaycan vətəndaşı həlak olmuşdu. Azərbaycan vətəndaşları ilə yanaşı, 7 Gürcüstan, 16 isə Özbəkistan və Tacikistan sakini də həyatını itirmişdi. İnsident zamanı 39 nəfər xəsarət alıb.
Həlak olan azərbaycanlıların cənazələri xüsusi reyslə Moskvadan Bakıya daşınıb.
1975-ci ildə inşa olunan bazarın çökməsi planlaşdırma zamanı buraxılan səhvlər və bazar rəhbərliyinin təhlükəsizliyə yetərincə diqqət ayırmaması ilə əlaqələndirilir./modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar