Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rahim Hacıyev yenidən istintaqa çağrıldı – Bu gün Prokurorluqda olmalıdır

Tarix: 29-12-2016 10:36     Baxış: 4345 A- / A+
Rahim Hacıyev yenidən istintaqa çağrıldı

"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb.

Bu barədə Azadlıq Radiosuna Rahim Hacıyev özü məlumat verib.

Bildirib ki, dekabrın 28-də axşam saatlarında idarənin müstəntiqi Anar Dəmirçiyev onunla telefonla əlaqə saxlayaraq, dindirməyə dəvət edib: "Dekabrın 29-da saat 14.00-da prokurorluqda olmalıyam".

Rahim Hacıyev "Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə istintaqda sentyabr ayında da dindirilmişdi.

Rahim Hacıyevlə yanaşı, "Azadlıq"ın bir sıra başqa əməkdaşları da Faiq Əmirlinin işi üzrə istintaq tərəfindən şahid qismində dindirilib. Amma onlara Faiq Əmirliyə verilmiş ittihamlar yox, qəzetin fəaliyyəti, xüsusən maliyyə məsələləriylə bağlı suallar verilib.

F.Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (milli, irqi, dini düşmənçilik salmaq) 283-2-ci maddəsilə ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fətullah Gülən tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar