Xəbər lenti
MSK qərar verdi: Bu dairədə nəticələr dəyişdi- ŞƏKİL
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb.
Manevr.az xəbər verir ki, iclasda həmin dairənin 5 seçki məntəqəsi - 14, 16, 21, 23 və 25 saylı məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Məlumat üçün bildirək ki, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələri ləğv olunmazdan əvvəl 79 saylı İmişli seçki dairəsində lider namizəd Razi Nurullayev olub. 5 seçki məntəqəsi ləğv olunduqdan sonra həmin dairədə lider namizəd Murad Fərzəliyev olub. 5 məntəqədə nəticələr ləğv olunduqdan sonra Razi Nurullayevin səsləri 2018-ə düşüb. Murad Fərzəliyevin səsləri isə 2367 olub.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Murad Fərzəliyev Azərbaycan Milli Olimpiya Komitəsində aparıcı məsləhətçi vəzifəsində çalışır.
Onu da bildirək ki, fevral ayının 13-də MSK daha 4 dairənin nəticələrini ləğv edib. Bunlar - 35 saylı Xətai III, 74 saylı Lənkəran kənd, 33 saylı Xətai I və 80 saylı İmişli-Beyləqan Seçki Dairələridir. Nəticədə həmin dairələrdə lider namizədlər olan Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov və Rauf Arifoğlunun aldığı səslər tamamilə ləğv olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar