Xəbər lenti
Deputatlığa namizədlər yenidən etiraz aksiyası keçiriblər – Video
Bu gün depuatlığa qeydə alınan bir qrup namizədi Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz aksiyası keçirib.
Manevr.az xəbər verir ki, deputatlığa namizədlər Xalid Bağırov və Bəxtiyar Hacıyevin sözlərinə görə, seçki dairəsində səsvermə ciddi qanun pozuntuları şəratində keçib. Onlar saxtalaşdırmalar haqqında şikayətlərinə cavab tələb ediblər.
Polis dəstələri deputatlığa namizədlərdən və jurnalistlərdən ibarət qrupu MSK binasından uzaqlaşdıraraq, onların binaya girməsinə imkan verməyib.
Polis etiraz aksiyasının qanunsuz olduğunu bildirib. "Bizim tələblərimiz ədalətlidir və MSK şikayətlərimizə cavab vermək məcburiyyətindədir",-deyə deputatlığa namizəd Xalid Bağırov jurnalistlərə bildirib
Xatırladaq ki, saat 16-da MSK-nın növbəti iclası başlayıb. MSK daha bir neçə dairədə nəticələri yoxlanılması üçün DSK-lara göndərib. Belə ki, 86 saylı İsmayıllı, 66 saylı Biləsuvar, 10 saylı Binəqədi üçüncü, 9 saylı Binəqədi ikinci seçki dairələrində saxtalaşdırmalar haqqında şikayətlərin yoxlanılması üçün DSK-lara göndərilməsi haqqında qərar qəbul edib.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar