Xəbər lenti
Daha iki məşhur aparıcı REAL TV-dən ayrıldı - SƏBƏB

Ləman Ələşrəfqızı ilə yanaşı REAL TV-dən ayrılanlar arasında digər iki tanınmış əməkdaş da var.
Manevr.az xəbər verir ki, bunlar Afət Telmanqızı ilə İlqar Mikayıloğludur.
Məlumata görə, onların işdən çıxarılmasına səbəb sosial şəbəkələrdə 9 fevral seçkilərində baş verən qanun pozuntuları barədə paylaşımlar etməsidir.
Digər deputatlığa namizəd Afət Telmanqızı açıqlamasında bildirib ki, rəhbərlik onların qarşısında şərt qoyub. Ya yazdıqlarınızı silin, ya da işdən çıxın:
“Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstünlük tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur” – deyə, Afət Telmanqızı sonra bildirib.yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar