Xəbər lenti
Mətbuat Şurası MSK-nın qarşısında keçirilən icazəsiz aksiyada monitorinq apardı
Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün Mərkəzi Seçki Komissiyasının önüdə keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb.
Mətbuat Şurasından verilən məlumata görə, monitorinq qrupunun üzvlərinə peşə vəzifələrini yerinə yetirən media təmsilçiləri tərəfindən hər hansı müraciət daxil olmayıb.
"Jurnalistlər aksiyaya əsasən üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılıblar. Gödəkçəsiz jurnalistlərə də rast gəlinib. Ümumən media aksiya zamanı yaşanan gərgin anların mərkəzində tam sərbəst şəkildə öz işini görə bilib. Hər hansı maneə qeydə alınmayıb.
Bununla yanaşı Mətbuat Şurasının monitorinq qrupu bir çox hallarda kütləvi informasiya vasitələrinin nümayəndələrinin aksiyaçılarla polis arasında yaşanmış gərgin situasiyalara daha yaxın olduqlarını müşahidə edib. Belə durumlarda həm jurnalistlərin, həm də hüquq-mühafizə orqanları təmsilçilərinin peşə vəzifələrinin icrası üçün çətinlik ehtimalı yaranıb. Buna görə də jurnalistlərə oxşar vəziyyətlərdə ehtiyatlı davranmaq, öz təhlükəsizliklərini qorumaq tövsiyə edilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar