Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onların dairəsində neçə seçici var, nə qədər səs yığmışdılar? - RƏQƏMLƏR

Tarix: 14-02-2020 16:12     Baxış: 4203 A- / A+
Onların dairəsində neçə seçici var, nə qədər səs yığmışdılar? - RƏQƏMLƏR


Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar dörd seçki dairəsinin nəticələri ləğv edilib.

Bunlar 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsidir.

MSK-nın açıqladığı ilkin nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə idi.

Manevr.az xəbər verir ki, oxu.az ilkin rəsmi nəticələrə əsasən hesablama apararaq, həmin şəxslərin parlament seçkilərində nə qədər səs yığdığını araşdırıb.

H.Mirələmovun səsvermədə iştirak edən seçicilərin 3876-nın səsini toplayıb. Həmin dairə üzrə 47614 seçici var.

R. Arifoğlu isə seçicilərin 8340-nın səsini toplaya bilib. 35 saylı Xətai Üçüncü Seçki Dairəsi üzrə ümumilikdə 39040 seçici var.

H.Rəcəbli 9594 seçicinin etimadını qazanıb. 74 saylı Lənkəran Kənd Seçki Dairəsində seçicilərin ümumi sayı 35434-dür.

Ç.Qənizadə isə səsvermədə iştirak edənlərin 10 min 286-nın səsini yığıb. Həmin dairədə ümumi seçici sayı 42680 nəfərdir.

Qeyd edək ki, seçkilərdə seçicilərin hamısı iştirak etməyib.

Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.

Ancaq ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar