Xəbər lenti
“Seçki prosesinə xələl gətirənləri müəllim adlandırmaq olmaz” - Adil Əliyev
“Son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı əxlaqa zidd və təhqiredici statuslar oxuyuram. Bunlar məni narahat etməyə bilməz. Hər birimizin ailəsində, qohum-əqrabasında müəllimlik peşəsi ilə çalışanlar var”.
Manevr.az xəbərinə görə, bunu 20 saylı Nərimanov ikinci seçki dairəsindən lider namizəd elan edilən Adil Əliyev deyib.
Türk dünyasının böyük dövlət xadimi Mustafa Kamal Atatürkün “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır” sözləri nəhəng şəxsiyyətin müəllimə nə qədər dəyər verdiyini göstərirdi. İnsanların vətənpərvər kadr kimi inkişafında və həyatda uğur qazanmasında müəllimlərin rolu əvəzolunmazdır. Hamımız övladlarımızı savadlı və gərəkli vətəndaş olması üçün müəllimlərimizə təhvil veririk. Övladlarımız uğur qazanan kimi müəllimlərimizlə fəxr edirik. Onların əməyini yüksək qiymətləndiririk. Heç kimə sirr deyil ki, Azərbaycan təhsil sisteminin əsas yükü şərəfli, ləyaqətli, intellektual müəllimlərin üzərindədir. Müəllimsiz cəmiyyət hansı vəziyyətə gəlib çıxa bilər? Bu sualın cavabını ölkəsini düşünən və sevən insanlar yaxşı bilirlər. Seçki prosesinə xələl gətirən və öz peşəsinə yaraşmayan işlərə imza atanları müəllim adlandırmaq olmaz. Cəmiyyət bu cür insanlara öz qiymətini verdi və bundan sonra da verəcək. Təhsil Nazirliyi onların əməllərinə qiymət verəcəyini bildirib. Ümumiyyətlə, bəzilərini Azərbaycan müəllimlərinə qarşı çirkin, iyrənc kampaniya aparmağı hədəf götürərək təhsil sistemini və cəmiyyətin gələcəyini zərbə altında qoyur” – A.Əliyev qeyd edib.pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar