Xəbər lenti
"MSK-a və YAP ölkəmizin imicini heçə endirdi" - Aida Eyvazlı
"Biz dünyaya sivil, demokratik bir ölkədə yaşadığımızı, azad ölkə qurduğumuzu sübut etməkdəykən, MSK-a və YAP ölkəmizin imicini heçə endirdi."
Manevr.az xəbər verir ki, bunu tanınmış jurnalist Aida Eyvazlı deyib. O fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı fikrini daha sonra belə davam etdirib:
"Mən seçkidən sonra qalib elan edilib, sonra nəticələri ləğv edilənlərə gülmürəm. Bu çox böyük faciədir. Biz dünyaya sivil, demokratik bir ölkədə yaşadığımızı, azad ölkə qurduğumuzu sübut etməkdəykən, MSK-a və YAP ölkəmizin imicini heçə endirdi. Bütün dünyada biabır olduq. Vətənə heyif, çəkdiyimiz əziyyətlərə, imic yaratmaq üçün xərclənən vəsaitlərə, aparılan islahatlara heyif. Əslində belə seçkini keçirib saxtalaşdıranlar Azərbaycanın, onun dövlət başçısı İlham Əliyevin düşmənidirlər!!! Öz qarınlarını, var-dövlətlərini artırmaq və qorumaq üçün gör bir nələr etdilər. Vallah adam xarici ölkələrdə gedib nəsə danışmağa utanacaq. Necə ki, Aprel döyüşlərinə qədər "Torpaqlarınızı nə zaman geri alacaqsınız?" sualından utanırdıq, indi isə "O bizimçün ölmüyüf, sağdır",tuman altından çıxan bülletenlərdən utanacağıq. Bunun barıtını bir az az edə bilməzdiniz. Hələ Azərbaycanın və post sovet ölkələrinin seçki tarixində bu qədər biabırçılıq olmamışdı. Ey şərəfini satanlar! Siz nə biləsiniz ki, Vətən nədir? Onu sevmək necə olur?! Vətən mandat deyil, alıb satasan" - deyə Aida Eyvazlı öz narazılığını ifadə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar