Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dənizə düşmüş Rusiya təyyarəsinin “qara qutusu” oxundu - Qəza pilotların səhvi ucbatından baş verib

Tarix: 27-12-2016 22:41     Baxış: 3397 A- / A+
Dənizə düşmüş Rusiya təyyarəsinin “qara qutusu” oxundu

Qara dənizə düşən “Tu-154” təyyarəsinin “qara qutu”sundakı yazının ilkin təhlili qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyir.

Rusiyanın NTV telekanalı xəbər verir ki, məlumatlı mənbənin sözlərinə görə, “qara qutu”dakı yazının təhlili qəzanın idarəetmədəki səhvlə bağlılığının prioritet versiya olması barədə nəticə çıxarmağa əsas verir. “Interfax” agentliyi təhqiqatın hələlik rəsmi olmayan digər mühüm təfərrüatları barədə də məlumat verib. İlkin məlumata görə, “Tu-154” təyyarəsi qanadlarının qaldırıcı qüvvəsinin uçuş üçün yetərli olmaması səbəbindən qəzaya uğrayıb.

Xatırladaq ki, “Tu-154” təyyarəsi bazar günü səhər havaya qalxdıqdan bir neçə dəqiqə sonra Soçi yaxınlığında Qara dənizə düşüb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka, həmçinin Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar