Xəbər lenti
106 saylı Seçki Dairəsində tapşırıqla səs verilir...- İDDİA
Xəbər verdiyimiz kimi bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar deputat seçkisi keçirilir.
Səhər saat 8-dən başlanan seçki prosesində artıq ayrı-ayrı dairələrdə neqativ hallara rast gəlindiyi, qanun pozuntusuna yol verildiyi haqqında məlumatlar mətbuata daxil olmaqdadır.
Manevr.az xəbər verir ki, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən müstəqil namizəd Vüsalə Dadaşova redaksiyamıza müraciət edərək namizədi olduğu dairədə qanun pozuntusuna yol verildiyini bildirib. V.Dadaşova bildirib ki, təbliğat-təşviqat kampaniyası prosesində mənə və komandama Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşmək imkanı yaradılmadı. Bu gün isə həmin hərbi hissənin heyətinə siyahıda adı birinci olan namizədə səs vermələri haqqında tapşırıq verilib. Müstəqil namizəd onu da qeyd edib ki, hətta hərbi hissədə çalışan çavuş qohumum mənə səs verdiyi üçün Hərbi hissə komandiri tərəfindən işdən çıxarılmaqla hədələnib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar