Xəbər lenti
Oqtay Əsədov Astan Şahverdiyevi tənbeh etdirdi
Bu gün Milli Məclisin sədri cənab Oqtay Əsədovun tapşırığı ilə Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Manevr.az-ın Milli Məclisin Mətbuat xidmətinə istinadən xəbərinə görə, iclası açan komissiya sədri Ağacan Abıyev deputat Astan Şahverdiyevin dekabrın 23-də “Azadlıq” radiosuna verdiyi müsahibənin kütləvi informasiya vasitələrində və ictimaiyyətdə geniş rezonans doğurduğunu deyib.
O bildirib ki, deputatın məlum çıxışı cəmiyyətin əksər üzvləri tərəfindən birmənalı qarşılanmayıb: "Müsahibədə işlədilən bir sıra ifadələr onların heysiyyatına toxunub".
Komissiyanın sədri qeyd edib ki, “Deputatın statusu haqqında” qanuna görə, millət vəkilləri söylədikləri fikirlərə görə məsuliyyət daşımasa da, amma hər bir insanın daxili məsuliyyəti də var: "Millətin ayrı-ayrı üzvləri, o cümlədən xaricdə yaşayan nümayəndələri barədə qeyri-etik ifadələrdən istifadə olunması qətiyyən yolverilməzdir".
İclasda çıxış edən Astan Şahverdiyev bu məsələ ilə əlaqədar mətbuata açıqlama verərək, səhvini başa düşdüyünü, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqdan üzr istədiyini söylədi.
İntizam komissiyasının bütün üzvləri çıxış edərək deputat Astan Şahverdiyevin adı çəkilən müsahibəsi ilə əlaqədar son vaxtlar mətbu orqanlarda gedən yazılara öz fikirlərini açıqlayaraq, millət vəkilinin müsahibəsində işlətdiyi ifadələrin qəbuledilməz olduğunu bildirdilər.
İclasın sonunda İntizam komissiyasının adından deputata tövsiyə olundu ki, o, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə, məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin.
Astan Şahverdiyev deputatlar tərəfindən səslənən irad və fikirləri, İntizam komissiyasının qərarını qəbul edərək bu hərəkətinə görə ölkə daxilində və xaricində yaşayan azərbaycanlılardan, xalqdan bir daha üzr istədiyini ifadə etdi və gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini vurğuladı.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar