Xəbər lenti
İqbal Ağazadə Sıxlinski sakinləri ilə növbəti dəfə görüşdü -ŞƏKİLLƏR
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Şıxlinski 49 sakinləri ilə görüşüb. Yüzlərlə seçicinin iştirak etdiyi, xüsusi izdihamla seçilən görüşdə İ. Ağazadə fevralın 5-də dövlətimizin adından Sovet Sosialist Respublikasının götürülməsinə işarə edərək bu günün önəmini vurğulayıb və görüş iştirakçılarını vətən yolunda şəhid olanların xatirəsinə sayğı duruşuna dəvət edib.
Deputatlığa namizəd sonra ölkə və məhəlli problemlərdən danışıb: "Mən sizin bütün problemlərinizi bilirəm, keçən dəfə sizin haqqınızı tapdadılar, başqası deputat oldu. Nə siz onun üzünü gördüz, nə də o sizin. Bu dəfə isə biz haqqımızı qoruyacağıq. Amma bu dəfə səsimizi qanun çərçivəsində bütün gücümüzlə qoruyacağıq".
İqbal Ağazadə daha sonra bildirib:""Biz istəyirik ki, 18 yaşına qədər hər bir uşaq dövlətin himayəsində olsun, ailələrə uşaq pulu verilsin. Biz istəyirik, hərbi xidmət yaşı 23 yaşdan olsun. Bizim bütün prioritetlərimiz insanımıza xidmətlə bağlıdır".
Seçkidə saxtakarlıq etmək istəyənlərə müraciətlə İ. Ağazadə belə dedi: "Qanundan, seçicidən qorxmursunuzsa, heç olmasa, Allahdan qorxun. Xalqın halal səsinə haram qatmayın".
Seçicilər çıxış edərək İ. Ağazadəni əmin etdilər ki, seçkiyə gəlib məhz ona səs verəcəklər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar