Xəbər lenti
Türkiyədə qar uçqunu: Prezidentin müşaviri qar altında qaldı, 21 nəfər öldü
Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb.
NTV telekanalının verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.
"İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, - nazir deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.
Daxili işlər naziri Süleyman Soylu deyib ki, uçqun altında 10-15 nəfərin qaldığı gümün olunur. Onların xilasedilməsi işləri davam etdirilir.
Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.
Qeyd edək ki, hadisə fevralın 4-də axşam saatlarında qeydə alınıb. Həmin gün qar altından 5 nəfərin meyiti çıxarılmışdı. 6 nəfər isə sağ qurtarılmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar