Xəbər lenti
Aqil Məmmədov İsmayıllı və Şəkidə görüşlər keçirib
123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kampaniyasını İsmayıllı və Şəki rayon ərazisində davam etdirib.
Havanın soyuq və yağıntılı olmasına baxmayaraq, görüşün keçirildiyi ərazidə məskunlaşan rayon sakinləri Yeni Azərbaycan Partiyasının namizədinin təbliğat kampaniyasına böyük həvəslə qatılıb.
Görüşdə çıxış edən Aqil Məmmədov bir daha vurğulayıb ki, seçkilərə Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan” naminə şüarı ilə qoşulub. Yeni Azərbaycan Partiyasının ölkəmizd ki, mövqeyindən və rolundan söz açan Aqil Məmmədov partiyanın sədri, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişaf etdiyini bildirərək nəyi ki, regionda, dünyada hörmət və nüfuz sahibi olan bir ölkəyə çevrildiyini qeyd edib.
Bu seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, seçkilərdə fəal iştirak etməyə çağırıb. O, bildirib ki, seçiciləri əgər ona etimad göstərib səs verib millət vəkili seçəllərsə, kəlbəcərlilərin Milli Məclisdə haqq səsi olacaq, daima onların yanında olub, onları narahat edən problemlərin həllinə çalışacaqdır.
Görüşdə iştirak edən sakinlər çıxış edərək, parlament seçkilərində fəal iştirak edəcəklərini, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini söz veriblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar