Xəbər lenti
Sürücülərin diqqətinə: Yol polisləri artıq bunu edə bilməzlər
Ötən il sürücülər tərəfindən törədilən inzibati xətaların 65 faizi xüsusi texniki vasitələrlə qeydə alınıb. Yerdə qalan 35-lik qayda pozuntuları isə, yol polisi əməkdaşları tərəfindən fərdi olaraq yazılıb. Bu məqama baxmayaraq hələ də sürücülərlə yol polisi arasında ziddiyətli məqamlar qalmaqdadır.
Manevr.az bildirir ki, məsələnin aktuallığını nəzərə alan ARB TV-nin “Günə doğru” verilişi maraqlı sujet hazırlayıb.
Sürücü: “Əgər sürücü qayda pozubsa, buna görə polis onu saxlayırsa sürücü problem yaratmamalıdır”.
Polis sürücü birbaşa təmasının qarşını almaq üçün Artıq Dövlət yol polisi idarəsi qarşısında xüsusi tapşırıqlar da qoyulub.
Kamran Əliyev – BDYPİ-nin şöbə rəisi: “Xüsusi texniki vasitələrin sayı artdıqca, təmas minimuma endiriləcək. Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq. Hansı hissədə ki, xüsusi texniki vasitənin köməyilə qayda pozuntusunu aşkar etmək mümkündürsə, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq”.
Amma bu o demək deyil ki, polis öz dislokasiya olunduğu ərzidə xidmət aparan zaman qayda pozuntusu olacağı zaman buna göz yumacaq. Bundan əlavə hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz.
Kamran Əliyev – BDYPİ-nin şöbə rəisi: “Yəni nəqliyyat vasitəsi saxlanılaraq, sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir.Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır”.
Ekpertlər deyir ki, sürücü-yol polisi arasında birbaşa təmasın azaldılması, şəffalığın təmin olunması üçün vacib addımdır. Gərginliyi yaradan səbəblərdən biri də iş qrafikinin ağırlığı idi ki, bu da öz həllini tapıb artıq.
Elməddin Muradlı – Ekspert: “Polis nə qədər gərgin rejimdə işləyirsə, nə qədər ağır şəraitdə işləyirsə o qədər də aqressiv olur. Bəzən bir sürücünün qıcıqlandırıcı bir sözünə polis aqressiv cavab verir, beləliklə gərginlik yaranır. Cənab nazir binci növbədə polisin iş və istirahət vaxtını ilə bağlı addın atdı ki, artıq onlar 8 saat işləməlidir”.
Bunlar məsələnin polisin üzərinə düşən hissəsidir. Digər bir hissəsi isə sürücülərin məsuliyyətidir. Ən optimal çıxış yolu isə, qaydalara əməl etmək…/metbuat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar