Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Seçkilərə qatılmayan deputat: Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?!

Tarix: 30-01-2020 13:02     Baxış: 5231 A- / A+
Seçkilərə qatılmayan deputat: Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?!


Beşinci çağırış Milli Məclisdə təmsil olunan 31 deputat növbədənkənar parlament seçkilərində iştirak etmir.

Manevr.az bildirir ki, modern.az həmin deputatlardan bir neçəsi ilə əlaqə saxlayaraq, onların bundan sonra nə işlə məşğul olacaqlarını soruşub.

Beşinci çağırış Milli Məclisin bitərəf deputatı olmuş Əliağa Hüseynov başını aşağı salıb həyatını yaşayacağını deyib:

“Mən təqaüdçü adamam. Bundan sonra nə iş görə bilərəm ki?! 74 yaşım var. Başımı aşağı salıb həyatımı yaşayıram. İmkan daxilində əsgərlərlə görüşlərə dəvət edirlər. Mən də onlarla görüşlərə gedirəm. Öz hərb təcrübəmdən onlara danışıram”.

YAP üzvü Rafiq Məmmədhəsənov isə suala qəzəblənərək cavab verib:

“Sənin nəyinə lazımdır mənim bundan sonrakı iş fəaliyyətim?! Bu barədə mənə sual verməyin!”

YAP üzvü Dilarə Cəbrayılova isə pedaqoji fəaliyyətini davam etdirəcəyini bildirib:

“Milli Məclis mənim üçün həyat məktəbi idi. O yolu şərəflə keçdim. Yeni Azərbaycan Partiyasına minnətdaram ki, mənim namizədliyimi irəli sürdü. Ötən dörd il ərzində Bakı kəndlərində insanlarımızla ünsiyyətdə oldum. Həmçinin, Bakı kəndləri arasında Milli Məclisdə təmsil olunan qadın oldum.

Bu özü tarixə düşmüş hadisədir. Bundan sonrakı fəaliyyətimi tam olaraq qərarlaşdırmamışam. Pedaqoji fəaliyyətimi davam etdirirəm. Gənclərin vətənpərvər böyüməsinə çalışıram. Gələcəkdə siyasətdə olub-olmayacağımı dəqiqləşdirməmişəm. Ola bilsin ki, heç olmayım. Sadəcə çalışacam ki, ölkədə gedən proseslərə fikirlərimi bildirim”.

YAP üzvü Mirzəcan Xəlilov isə xeyriyyəçiliklə məşğul olacağını deyib:

“Kifayət qədər yaşım var. 65-i keçmişəm. Ötən illər ərzində mənə etimad göstərilib. Dövlətim məni ən ali mükafatla qiymətləndirib. Hər şey qabaqdadır. Gücüm çatdığı qədər gənclərə dəstək olmağa çalışacam.

Deputat olmasam da, insanlarla ünsiyyətim həmişə yaxşı olub və bu davam edəcək. Bildiyiniz kimi, mən illərdir ki, xeyriyyəçiliklə məşğulam. Bu işimi bundan sonra daha çox davam etdirəcəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar