Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş Nazirdən vəzifəli şəxslərin məxfi danışıqları ilə bağlı QƏRAR

Tarix: 28-01-2020 22:13     Baxış: 3187 A- / A+
 Baş Nazirdən vəzifəli şəxslərin məxfi danışıqları ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Xüsusi rabitə növlərindən istifadə Qaydaları”nı təsdiq edib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu qaydalar hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitələrindən istifadə qaydalarını müəyyən edir.

Qərara əsasən, xüsusi rabitədən yalnız xüsusi rabitə ilə təmin olunan vəzifəli şəxs (bundan sonra – vəzifəli şəxs) istifadə edə bilər.

Xüsusi rabitədən istifadə ilə bağlı tələblər aşağıdakılardır:

- Xüsusi rabitənin telefon aparatının quraşdırılması, digər yerə köçürülməsi, təmiri, söndürülməsi, çıxarılması (mobil xüsusi dövlət rabitəsinin telefon cihazının verilməsi, geri alınması, təmiri), habelə aparatdan (cihazdan) istifadə mümkün olmadıqda əvəz olunması yalnız Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra – Agentlik) mütəxəssisləri tərəfindən həyata keçirilir.

- Xüsusi rabitə ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər.

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq xüsusi dövlət rabitəsi, həmçinin dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, habelə digər dövlətlərin dövlət orqanlarının rəhbərləri arasında məxfi telefon danışıqları aparıla bilər.

Bunun üçün xüsusi dövlət rabitəsinin növbətçi operatoruna (“DHR”) düyməsini basmaqla) sifariş verilməlidir.

- Vəzifəli şəxs istifadəsində olan xüsusi rabitənin telefon aparatının (cihazının) kənar şəxslər tərəfindən istifadəsinə yol verməməli, mobil xüsusi dövlət rabitəsinin telefon cihazını nəzarətsiz yerdə saxlamamalı və telefon aparatına (cihazına) vurulmuş stikerlərin (yapışqanlı plomb) bütövlüyünü qoruyub saxlamalıdır.

- Xüsusi rabitənin xətlərini digər telekommunikasiya vasitələrinə qoşmaq, telefon aparatına müdaxilə etmək, telefon aparatına cüt qoşulma və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.

- Xüsusi rabitənin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi orqan (qurum) tərəfindən Agentliyin mütəxəssisləri ilə birlikdə həyata keçirilir.

- Bu Qaydaları pozan vəzifəli şəxsin xüsusi rabitəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin tapşırığına əsasən söndürülür və ya telefon aparatı çıxarılır (mobil xüsusi dövlət rabitəsi dayandırılır və ya telefon cihazı geri alınır).

- Azərbaycan Respublikasının Xüsusi rabitəsinin telefon məlumat kitabçası Agentlik tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur.

- Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri, vəzifəsi dəyişildikdə, habelə xüsusi rabitənin telefon aparatının (cihazının) işində nasazlıq yarandıqda və ya nömrə yığımında birləşmə mümkün olmadıqda, bu barədə Agentliyin növbətçi operatoruna məlumat verilməlidir.

Yeni qərarla Nazirlər Kabinetinin 21 fevral 2013-cü il tarixli qərarı ləğv edilib.

Qeyd edək ki, müvafiq qərarı dönəmin Baş naziri Artur Rəsizadə imzalamışdı.demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar