Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nikol Paşinyanın özünüifşası - Anti-Soros fəalı həbs edildi

Tarix: 28-01-2020 19:19     Baxış: 3147 A- / A+
Nikol Paşinyanın özünüifşası - Anti-Soros fəalı həbs edildi


Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi çoxdan deyilir. Bunu nəinki Ermənistanın daxilindəki siyasi qüvvələr, hətta beynəlxalq analitiklər də zaman-zaman şərh ediblər. Ona görə də Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, qanunsuz mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir.

Bu qüvvələr nəhayət küçə adamı Paşinyanın baş nazir olmasına da nail oldular. Bundan sonra Ermənistan daxili siyasətində parçalanmalar baş verdi. Hakimiyyət faktiki olaraq Qarabağ klanı və anti-Sorosçu müxalifətçilər arasında var-gəl etməkdədir. Baxmayaraq, Paşinyan özü süni davranışları ilə vəziyyətin belə olmadığını, əksinə hər şeyin onun ürəyincə olduğunu göstərməyə çalışır. Onu Sorosun əlaltısı olmaqda ittiham edənləri isə ən sərt şəkildə cəzalandırır.

Bunu təsdiq edən növbəti belə fakt bu gün baş verdi. Belə ki, Paşinyan hökumətinin göstərişi ilə Ermənistan polisi anti-Soros fəalını həbs etdi. Bu barədə İnterfaks da xəbər verib ki, İrəvanda müxalif "VETO" siyasi və ictimai hərəkatının rəhbəri Narek Malyan tutulub.

Hətta Malyanın öz ofisinin yaxınlığındakı küçədə saxlanılmasının video görüntüləri Ermənistan polisinin əsas mütəşəkkil cinayətkarlıq şöbəsinin əməkdaşları tərəfindən "Facebook"da da yayımlanıb.

Malyan Ermənistanda Soros Fondunun respublikadakı fəaliyyətinə qarşı mübarizəsi ilə tanınır. Əslində, bu adamın həbsi ilə Paşinyan Sorosla birbaşa bağlılığının olduğunu isbatlamış oldu. Görünür, get-gedə zəifləməkdə olan nüfuzunu bu kimi tədbirlərlə bərtəraf etmək istəyir. Lakin artıq Ermənistanda siyasi elita daxilində rəqabətin güclənməsi müşahidə olunur. 2018-ci illə müqayisədə baş nazir Nikol Paşinyanın reytinqi kifayət qədər aşağı düşüb. Onun "məxməri inqilab" zamanı verdiyi vədləri yerinə yetirə bilməməsi baş nazirə inamın azalmasına gətirib çıxarıb. Hökumət 2019-cu ildə Ermənistanda iqtisadi artımın 7,5-7,9 faiz təşkil etdiyini bildirsə də ölkədə işsizlik, immiqrasiya problemlərinin qalması sosial-iqtisadi sahələrdə mühüm islahatların aparılmadığından xəbər verir. Ona görə də Ermənistanda növbəti gözlənilməz etirazların baş qaldıracağı istisna deyil. Bu isə Paşinyan hakimiyyətinin elə də uzunömürlü olmayacağından xəbər verir./trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar