Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkə Azərbaycanla viza rejimini sadələşdirilməyə hazırdır

Tarix: 26-12-2016 16:39     Baxış: 3290 A- / A+
Bu ölkə Azərbaycanla viza rejimini sadələşdirilməyə hazırdır


“Serbiya hökuməti Azərbaycanla ümumvətəndaş pasportu olan insanlar üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamağa hazırdır”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Serbiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Nazirlikdən bildirilib ki, 2011-ci il yanvarın 1-dən etibarən Serbiya hökuməti xidməti və diplomatik pasportları olan Azərbaycan vətəndaşlarından viza tələb etmir: “Serbiya hökuməti Azərbaycan tərəfi ilə ümumvətəndaş pasportu olan insanlar üçün də viza rejiminin sadələşdirilməsinə dair razılaşma imzalamaqda maraqlıdır və buna hazırdır. Viza sadələşdirilməsinə dair növbəti addım Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə imzalanan razılaşmalar kontekstində atılacaq”.

Açıqlamada iki ölkənin Daxili İşlər nazirlikləri arasında 2010-cu ildə imzalanan, cinayətkarlığa qarşı mübarizəyə dair sazişə əsaslanan ikitərəfli əməkdaşlığın daha da təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb: “Bunları nəzərə alaraq informasiya mübadiləsi zamanı əsas məqamların müəyyənləşdirilməsi konkret əməkdaşlıq modelinin ilk addımıdır. Bu, iki qurum arasında xüsusilə terrorçuluğa qarşı mübarizədə birbaşa və effektiv ünsiyyəti və əlaqəni mümkün edəcək“.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar