Xəbər lenti
Emil Rasimoğlu:"Yoxsa, Anar AYB-ni rəsmi olaraq özəlləşdirmək istəyir?"
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm". Bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib. Onun bu sözləri müxtəlif müzakirələrə səbəb olub.
Manevr.az xəbər verir ki, məsələyə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu da münasibət bildirib: "Anarın 30 ildən çox sədrlik dönəmindən sonra 82 yaşında Yazıçılar Birliyinin növbəti qurultayında yenidən namizədliyini irəli sürəcəyini açıqlaması, bu istəkdə, yeri gəlsə bu iddiada olması artıq onun birmənalı şəkildə gəncliyi inkar etməsi, bu ölkədə yeni kadr kimi heç bir potensial sahibinin varlığını tanımaması, vəzifə düşkünü olması deməkdir.
Anar namizədliyini vermək istəyirsə demək, sədr də olmaq istəyir. Yaxşı indi Anar Yazıçılar Birliyindəki hansı uğurlu fəaliyyətini əldə bayraq tutaraq bu yaşda sədr olmaq istəyir? Bu 30 il müddətində nə edə bildi? AYB-nin tabeçiliyində olan mətbu orqanların durumu bərbad, filialların fəaliyyəti acınacaqlı, dövlətin ayırdığı pulların ünvanı şəxsi maraqlar, eləcə də o pulların hesabatı yox! Onsuz da AYB-dəki bütün xidmətlər şəxsi maraqlar naminədi. Yoxsa, Anar AYB-ni rəsmi olaraq özəlləşdirmək istəyir?
Anar görəsən düşünürmü ki, bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz! Bu yaşda insan mübarizə aparanın, iddiada olanın yanında olar, qarşısında yox!
Prezident təqaüdçüsü eyni zamanda Anarın fikirlərini Rəşad Məcidin dəstəkləməsinə, hətta onu növbəti dəfə sədr kimi görmək istəməsinə də fikir bildirib: "Rəşad Məcid gözəl bilir ki, 55 yaşlı bir şəxs AYB strukturunda yalnız Anarın diktatorluğunun sayəsində gənclərin təmsilçisidir. Vəssalam!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar