Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran XİN rəhbəri ABŞ-la danışıqları mümkün sayır

Tarix: 26-01-2020 05:34     Baxış: 3155 A- / A+
İran XİN rəhbəri ABŞ-la danışıqları mümkün sayır

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ-la danışıqlar aparılmasının mümkünlüyünü istisna etməyib.

C. Zərif bu barədə Almaniyanın “Spiegel” jurnalına müsahibəsində bildirib.

General Qasim Süleymaninin öldürülməsindən sonra ABŞ-la danışıqların mümkün olub-olmayacağı barədə sualı cavablandıran İran XİN rəhbəri deyib ki, insanların öz yanaşmasını dəyişdirməsini və reallığı qəbul etməsini heç vaxt istisna etməyib: “Bizim üçün Ağ Evdə kimin oturduğu vacib deyil. Əsas onların özlərini necə aparmasıdır. Tramp Administrasiyası keçmişdən dərs çıxara, sanksiyaları götürə və danışıqlar masası arxasına qayıda bilər. Biz hələ də danışıqlar masasındayıq, masadan onlar qalxıb”.

Xatırladaq ki, bu il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatından endirilən zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın şiə könüllülərdən ibarət “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis də daxil olmaqla, 10 nəfər öldürülüb.

İran buna cavab olaraq ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirib. ABŞ tərəfi itki verməyib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar