Xəbər lenti
Müşfiq Məmmədlidən kreativ addım- Seçicilərlə avtobusda görüşdü- ŞƏKİLLƏR

Məlum olduğu kimi bu il fevral ayının 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar deputat seçkiləri keçiriləcək.
Artıq yanvar ayının 17- dən başlayaraq, seçki qanunvericiliyinə əsasən deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. 44 saylı Sumqayıt- Xızı Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş, Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli də seçicilərlə görüşlərini uğurla davam etdirir. Bu gün o, seçki tarixi dövründə görünməmiş maraqlı bir addım atıb. Belə ki, namizəd seçicilərilə avtobusda görüşüb. Sumqayıt-Giləzi marşrut xətti ilə hərəkət edən avtobusda namizəd sərnişinlərin qayğı və problemləri ilə maraqlanıb, öz platformasını açıqlayıb.Sumqayıt və Giləzi sakinlərinə namizədin platformasını əks etdirən bukletlər paylanıb, Azərbaycan Respublikasının və YAP-ın bayraqları hədiyyə olunub. Baş həkim yol boyu sərnişinlərlə səmimi söhbət edib, onların suallarını cavablandırıb,arzu və təkliflərini dinləyib.
Maraqlı görüşdən sonra M.Məmmədli Xızıda ölməz şairimiz Mikayıl Müşfiqin ev muzeyini ziyarət edib. Görüş əsnasında namizəd Xızı dağlarında çobanla da maraq doğuran səmimi söhbət edib.
Manevr.az
















Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar